Ru
16:15 / 18 Sentyabr 2020

Yüksək nəticə göstərən ABİTURİYENTLƏR

3700
Builki qəbul imtahanları pandemiya dövrünə düşsə də abituriyentlər yüksək nəticələr göstəriblər.

"BakuPost" xəbər verir ki, hər 4 qrup üzrə 500 və 600-dən yuxarı bal toplayanlar bu il də azlıq təşkil etməyib.

Yüksək bal toplamış abituriyentlərdən bir neçəsini təqdim edirik:

Salyan rayon Marışlı kənd tam orta məktəbin məzunu - Türkan Zeynalzadə: I qrup - 660.5 bal


Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin məzunu - Aysun Bağırova: I qrup - 590 bal

284 nömrəli tam orta məktəbin məzunu - Oktay Nəbiyev və 311 nömrəli tam orta məktəbin məzunu - Səbuhi Hüseynov - 400 bal

Kürdəmir rayonu, Şilyan kənd orta məktəbinin 2 məzunu - əkiz bacılar - Əhmədova Nuranə və Aynurə: 490 bal

42 nömrəli tam orta məktəbin məzunu - Yeganə Əlili: 604 bal

Qeyd edək ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 7379 abituriyent 500-dən, o cümlədən 1935 abituriyent 600-dən yuxarı bal toplayıb. 600 və ondan yuxarı bal toplayanların ixtisas qrupları üzrə paylanmasına gəlincə, qeyd etmək lazımdır ki, onların 28.54%-i (554 nəfəri) I qrupun, 20.81%-i (404 nəfəri) II qrupun, 31.17%-i (605 nəfəri) III qrupun, 19.47%-i (378 nəfəri) IV qrupun abituriyentləridir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər