Ru
18:37 / 11 İyul 2022

Özünü yandıran qazi dövlətdən ayda 958 manat pul alırmış - RƏSMİ

9319

“Həmişə diqqət və qayğı ilə əhatə olunan qazimiz Cəfərov Elvin Zakir oğlunun intihara cəhd etməsindən təəssüf hissi keçiririk”.


Bakupost.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.


Onun sözlərinə görə, Sabirabad rayonu, Qalağayın kənd sakini, 3-cü dərəcə Vətən müharibəsi əlili, 1987-ci il təvəllüdlü Elvin Cəfərov dövlət tərəfindən sosial dəstək tədbirləri ilə əhatə olunub:

“Elvin Cəfərova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti qurumu tərəfindən hələ 2021-ci ilin noyabr ayında müharibə ilə əlaqədar 3-cü dərəcə əlillik təyin edilib. Bununla əlaqədar ona Prezidentin aylıq təqaüdü (300 manat) və aylıq müavinət (120 manat) təyin edilib.

Həmçinin Elvin Cəfərovun və ailə üzvlərinin məşğulluğuna da dəstək göstərilib. O, DOST İş Mərkəzi tərəfindən 27 may 2021-ci ildən işlə (aylıq əməkhaqqı 300 manat) təmin edilib. Anası Cəfərova Ruqiyə Musa qızı da məşğulluq orqanı tərəfindən işlə təmin olunub. Eyni zamanda, qazinin ailəsi üçün bir il əvvəl özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatı yaradılıb.

Digər tərəfdən, Elvin Cəfərovun ailəsinə “YAŞAT” Fondu tərəfindən 2021-ci ildə maddi dəstək (6500 manat) və hərbi səbəbdən 3-cü dərəcə əlilliyə görə “Azərsığorta” tərəfindən sığorta ödənişi (4400 manat) olmaqla 11 min manata yaxın birdəfəlik ödəniş edilib.

Qeyd olunan dəstək tədbirləri ilə yanaşı, ona təyin olunan müavinət Müdafiə Nazirliyindən 28 iyun 2022-ci ildə daxil olmuş sənədlər əsasında qısa bir müddətdə, 7 iyul 2022-ci il tarixdə pensiya və maddi yardım formasında daha artıq ödənişlə - 356 manat aylıq sosial ödənişlə əvəzlənib.


Beləliklə, qazi Elvin Cəfərova pensiya, təqaüd, maddi yardım və əməkhaqqı formasında ümumilikdə aylıq olaraq 958 manat ödənilir.

Sabirabad rayon mərkəzi xəstəxanasında ilkin tibbi yardım edilərək, hazırda Bakı şəhərində müalicəsi davam etdirilən Elvin Cəfərova dəstək tədbirləri bundan sonra da davam edəcək”.


Qeyd edək ki, dünən, iyulun 10-da İkinci Qarabağ müharibəsinin iştirakçısı Elvin Cəfərov Sabirabad Rayon İcra Hakimiyyətinin qarşısında inihara cəhd edib.

TƏBİB-dən bildiriblər ki, hazırda Elvin Cəfərov Yanıq Mərkəzinin Reanimasiya şöbəsindədir, bədənin 70 faizi yanıb.

E.Cəfərovun qardaşı Elnur Cəfərov bildirib ki, intihara səbəb icra hakimiyyətinin haqsızlıqları olub: "Elvin son variant kimi intihara əl atıb".

Amma bəzi media qurumları və sosial şəbəkə istifadəçiləri intiharın səbəbini təqaüd və pensiya məsələsilə əlaqələndirməyə çalışırlar.




Şərhlər
  • t.ədalət

    Sahil Babayevin kobud rəftarına görə intihar etmə düzgün yol deyil.Ağır müharibə yolu keçmiş hər kəs dözümlü olmalı,Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən edilən haqsızlıqlara səbrlə dözmək lazımdır.Baş verənlərin hakimiyyətlə bağlı olduğunu qazilərə aşılamağa çalışan nazirlik işçiləri nazirliyi qazanc obyektinə çeviriblər.Bu da qazilərin intiharına aparır.Ümumiyyətlə,müh.əlilləri və şəhid ailələrinə dövlət qayğısı göstərən yeni bir qurum yaradılmalıdır.Rəhbərlik isə şəhid ailəsinin üzvlərindən birinə verilməlidir.İNazirliyin indiki kollektivi,artıq oraya şəxsi qazanc üçün toplaşdıqlarını əməlləri ilə təsdiq ediblər.Xüsusilə,Vüqar Behbudov mənzil satışı ilə məşğuldur.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər