07:28 / 31 Avqust 2021

Para-atletlərimiz finala vəsiqə qazandı - Tokio-2020

1233
Azərbaycan Milli Paralimpiya Komandasının atletika idman növü üzrə təmsilçisi Yelena Çebanu Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəyə uğurla başlayıb.

Bu barədə Bakupost.az a Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Yelena Çebanu (T13) 100 metr kateqoriyasında 12:16 saniyəlik nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb.

Atletika idman növü üzrə təmsilçisi Yuliya Yanovskaya da (T13) 100 metr kateqoriyasında 12:41 saniyəlik nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb.

Eyni zamanda Azərbaycan Milli Paralimpiya Komandasının atletika idman növü üzrə təmsilçisi Lamiyə Vəliyeva da (T13) 100 metr kateqoriyasında 12:09 saniyəlik nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb.

Bu gün 6 paralimpiyamız Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparır. Bunların ikisi güllə atıcısı, biri üzgüçü, üçü isə atletdir.

Qeyd edək ki, hazırda aktivində 9 qızıl və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər