Parada baxan qızcığaz ağladı: Prezidenti görmək istəyirəm, ona hədiyyə hazırladım VİDEO
Zəfər Paradına baxan 5 yaşlı Xədicə Xələfova Prezident İlham Əliyevi görmək üçün ağlayır.
"Bakupost.az"un məlumatına görə, qızcığaz ağlayaraq “Prezidentlə görüşmək istəyirəm, o, Qarabağı azad etdi” - deyir.
Bundan başqa, Xədicə özü toxuduğu bilərziyi və çəkdiyi şəkli İlham Əliyevə çatdırmaq istəyir. O bildirir ki, Qarabağı azad etdiyi üçün bunu Prezidentə hədiyyə olaraq vermək arzusundadır.