12:35 / 12 Sentyabr 2021

Paris Talibanın yaratdığı hökuməti tanımır

648
Fransa Xarici İşlər Nazirliyi Əfqanıstanda Taliban hökumətini tanımaqdan imtina etdiyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Lö Drian "France 5" telekanalının efirində bildirib.

Nazir deyib ki, Əfqanıstanda hakimiyyəti ələ alan "Taliban" hərəkatının nümayəndələri beynəlxalq ictimaiyyətə verdiyi vədləri yerinə yetirmədi, buna görə də Paris onların yaratdığı yeni hökuməti tanımaqdan imtina edir.

Fransanın baş diplomatı xatırladıb ki, hərəkat Parisin humanitar yardımın pulsuz çatdırılmasına icazə verilməsini tələbini rədd edib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər