Ru
20:07 / 20 Aprel 2019

Parisdə 130-a yaxın etirazçı saxlanılıb

1412
"Sarı
jiletlilər"in bu gün keçirilən etiraz aksiyasında ümumilikdə 9600 nəfər
iştirak edib.

 

BakuPost.az xarici mediaya istinadən xəbər verir ki, Parisdə
polisin saxladığı etiraz aksiyası iştirakçılarının sayı 126-nı keçib.

 

 

Hələ ötən həftə
Fransanın daxili işlər naziri K. Kastaner aprelin 20-də vəziyyətin gərgin
olacağını, dağıdıcıların yenidən Parisə toplaşacağını və 16 mart hadisələrinin
təkrarlanacağını bildirmişdi. Polis Həmkarlar İttifaqının üzvü də televiziyada
çıxışında vəziyyətin çox "mürəkkəb” olmasını xəbər vermişdi.

Bu gün bütün
ölkə üzrə 60 min polis və jandarmın səfərbər olunduğu bildirilir ki, bundan 5
mini Parisdə olacaq.

 

"Sarı
jiletlər”in fəallarından olan Erik Drue etiraz nümayişçilərini aprelin 20-də
tam səfərbər olmağa səsləyib. O, Yutubda yaydığı müraciətində martın 16-da
olduğu kimi, baş verəcək hadisələri "sarı jiletlər”in üzərinə atmaqdan
çəkinməyə səsləyib. Tarixin və yerin bəlli olduğunu bildirərək, hədəf Parisdir
deyib. Sosial
şəbəkələrdə "black blocs” (radikal anarxist qrup) internet səhifəsində "1 may
sarı və qara” yazaraq çağırış ediblər. "Həlledici akt” Feysbuk hesabına 10 minə
qədər müsbət cavab verilib.

 

Qeyd edək ki, 23
həftədir davam edən etiraz nümayişləri səngimək bilmir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər