Ru
14:20 / 28 Noyabr 2016

Park Cinema biletlərin qiymətini qaldırıb? - “Distribyutorun tələbi ilə…”

2328

Park Cinema kinoteatrlar şəbəkəsinin biletlərin qiymətlərini
qaldırdığı ilə bağlı məlumat yayılıb.


Film həvəskarlarının BakiPost.az saytına verdiyi məlumata
görə, əvvəl axşam saatlarında 7-8 manata satılan biletlər artıq 9 manata
satılır. Bu isə kinosevərlər arasında narazılığa səbəb olub.


BakiPost.az məsələ ilə bağlı Park Cinema
kinoteatrlar şəbəkəsi ilə əlaqə saxlayıb. Kinoteatrlar şəbəkəsinin PR və
marketinq meneceri Kəmalə İsmayılova saytımıza açıqlamasında yalnız bir filmə
biletlərin sözügedən qiymətə satıldığını deyib: "O da "Fantastik məxluqlar"
filmidir. Filmə biletlərin qiyməti distribyutorun tələbi ilə yüksək göstərilib.
Digər filmlərdə qiymət artımı gözlənilmir”.

 Məlumat üçün bildirək ki, Park Cinemaya daxil olan
kinoteatrlarda saat 6-a kimi biletlər, 5 manat, 6-dan sonra isə 7-8 manata
satılır.


Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər