Ru
11:45 / 25 Yanvar 2020

Parlament seçkilərində AŞPA-dan neçə müşahidəçi olacaq?

2036
Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində səsvermə prosesini izləmək üçün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) 32 üzvündən ibarət nümayəndə heyəti ölkəmizə gələcək.

BakuPost Secki-2020.az-a istinadən xəbər verir ki, bu barədə AŞ PA-nın seçkiqabağı nümayəndə heyəti yanvarın 22-23-də ölkəmizə edilən səfərdən sonra bəyan edib.


Bəyanatda deyilir: “Dövlət qurumlarının nümayəndələri seçkilərin AŞ PA nümayəndə heyəti tərəfindən izlənməsini alqışladılar və seçkilərin şəffaf, azad və ədalətli şəraitdə keçirilməsi üzrə siyasi iradənin olduğunu vurğuladılar”.

Nümayəndə heyətindən qeyd edilib ki, seçkilər və onların müşahidəsi yalnız səsvermə gününə aid deyil, bütün seçki prosesini qiymətləndirmək üçün təhlil olunmalı və qiymətləndirilməli olan bir neçə mərhələdən ibarət prosesdir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər