Ru
12:05 / 22 Oktyabr 2019

Parlamentin plenar iclası başladı

1808
Azərbaycan Milli Məclisinin payız sessiyasının III plenar iclası keçirilir.

Parlament sədrinin I müavini Ziyafət Əsgərovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 23 məsələ daxildir.

Bunlar “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün təyin edilməsi haqqında”, “H.M.İsmayılbəylinin Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqında” qanun layihələri, "Büdcə sistemi haqqında", "Yerin təki haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Lisenziyalar və icazələr haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında" və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" və s. qanunlara, o cümlədən İnzibati Xətalar, Mülki, Mülki Prosessual, Ailə məcəllələrinə dəyişiklik layihələridir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər