23:17 / 15 Sentyabr 2021

Partiya sədri sərt tənqid etdi: "Əziz güneylilər, nəsliniz üçün xəcalət yeri qoymayın"

2217
“Əziz güneylilər, bəlkə oradan beş manat pul qazanırsınız. Amma bu Vətən məsələsidir, bu Azərbaycan məsələsidir, bu danışdığınız dilin məsələsidir, türkün məsələsidir. Beş manat pula görə Ermənistana, Ermənistan adı ilə Azərbaycanın ərazisinə girib separatçıya dəstək verməyin. Sizə nə qədər pul versələr də bunu etməyin ".

Bakupost.az xəbər verir ki, bunu Ümid partiyasının sədri İqbal Ağazadə internet televeziyaların birində qonaq olarkən deyib.

Partiya sədri qeyd edib ki, əslində biz sizdən gözləyirik ki, onu göndərmək istəyənlərə qarşı çıxasınız:

"Necə ki 44 günlük Vətən müharibəsində bunu etdiniz. Soydaşlarımıza müraciət edirəm, ora getməkdən imtina edin, həmçinin, işlədiyiniz yerlərdə Dağlıq Qarabağa yük aparan hər hansı bir sürücü varsa, qarşısını alın, baykot edin. Bu Vətən təkcə şimalda yaşayan azərbaycanlıların deyil, hamımızındır. Bir gün gələcək, cənubla şimal birləşəcək. Onda "Azərbaycanda savaş olanda mən erməniyə yardım edib, güneydən erməninin tankının, topunun işləməsi üçün yanacaq daşımışam" deyib övladlarınız, nəsliniz üçün xəcalət yeri qoymayın. Belə olmaz. Siz onu dayandırmalısınız”.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər