Ru
20:26 / 12 Noyabr 2025

Paşinyan açıqladı: TRIPP-in Ermənistan hissəsinin inşasına bu tarixdə başlanılacaq

Paşinyan açıqladı: TRIPP-in Ermənistan hissəsinin inşasına bu tarixdə başlanılacaq
Eye

"Beynəlxalq sülh və rifah naminə Tramp marşrutunun (TRIPP) Sünik hissəsinin tikintisinə 2026-cı ilin ikinci yarısında başlanacaq".

Bakupost.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı açıqlayıb.

O əlavə edib ki, ilin sonuna qədər bir plan hazırlanacaq və layihənin bütün detalları açıqlanacaq. Bu planlar 2026-cı ilin birinci yarısında təsdiqlənəcək.

Baş nazir qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın komandası Yaxın Şərqdəki digər layihələrlə məşğuldur və həddindən artıq yüklənib, lakin Ermənistan göstərilən müddətlər üzrə işləri çatdırmağa çalışacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar