Paşinyan Putindən görün nə istədi

Rusiya Prezidenti Vladimri Putin və Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanda Rusiyanın iştirakı ilə yeni atom elektrik stansiyasının (AES) tikintisini müzakirə etmək niyyətindədir.

Bakupost.az xəbər verir ki, APA-nın Moskva müxbirinin “Rossiya 24” kanalına istinadən verdiyi məlumata görə, bunu Paşinyan Rusiya prezidenti ilə Kremldə keçirilən görüşdə bildirib.

"Mən bu gün sizinlə Ermənistanda yeni AES-in inşasının mümkünlüyünü müzakirə etmək istəyirəm”, - deyə Paşinyan qeyd edib.