Ru
14:39 / 20 Fevral 2020

Paşinyandan sensasion status: Xocalını ruslar törədib - FOTO

1818
Ermənistan Baş nazir Nikol Paşinyan fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə debatda aldığı ağır təəssüratdan çıxa bilmir.

"BakuPost" Axar.az-a istinadən xəbər verir ki, ölkəsinə qayıtdıqdan sonra Paşinyan Xocalı soyqırımı məsuliyyətini sələflərinin və ümumiyyətlə, ermənilərin üzərindən atmaq üçün bir status paylaşıb.

Status belədir:

“Fakt fakt olaraq qalır: Xocalıda azərbaycanlıların qırğınının Azərbaycandakı ermənilərlə ortaq heç nəyi yoxdur, bunu Rusiyanın 366-cı alayı edib. Bu faciədə bizim günahımız yoxdur”.

Bundan təxminən bir neçə dəqiqə sonra isə Paşinyan ciddi siyasi səhvə yol verdiyini anlayıb və paylaşımını silib.

Əvəzində isə bu sözləri saxlayıb:

“Fakt fakt olaraq qalır”.

Qeyd edək ki, sözügedən statuslar skrin edilərək, erməni mediasında paylaşılıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər