Ru
23:41 / 05 Avqust 2019

"Paşinyanın çıxışı müharibə elanı anlamına gəlir" - Politoloq

4873
"Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində meydanda çıxışı zamanı "Arsax Ermənistandır” deməsi daxili auditoriyaya hesablanıb. Məsələn Paşinyan sonrakı cümləsində deyib ki, "qarabağlı”, "irəvanlı”, "icevanlı” yanaşmalarına son qoymaq lazımdır, "hamımız erməniyik”. Demək, ermənilər arasında açıq olmasa da, "irəvanlı” və "qarabağlı” ayrımı var ki, Nikol Paşinyan qarabağlıları qarşısında görmək istəmir. Halbuki, ona qarşı ən böyük gücü məhz Dağlıq Qarabağdan olan ermənilər formalaşdırıb". BakuPost-un məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu Ermənistan Baş naziri Nikol Paşinyanın Xankəndidə səsləndirdiyi fikirlərlə bağlı deyib. Onun sözlərinə görə, baş nazir bu durumu dəyişmək gücündə deyil, həmin ermənilər vaxtilə Levon Ter-Petrosyanı devirdilər, indi də Paşinyana qarşı blok formalaşdırırlar. Politoloq bildirib ki, Paşinyanın Xankəndində erməni auditoriyasına hesabladığı çıxışdan asılı olmayaraq, rəsmi Bakı bu çıxışa iki şəkildə reaksiya verməlidir: "Birincisi, beynəlxalq təşkilatlardan Paşinyanın çıxışına reaksiya tələb olunmalıdır. Çünki Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi yanaşması danışıqların sona çatdırılması və müharibənin elanı anlamına gəlir. İkincisi, Azərbaycandan yüksək səviyyədə Paşinyanın "Arsax Ermənistandır” açıqlamasına ən azı bu şəkildə cavab verilməsi məqsədəuyğundur: "Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da Azərbaycandır”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər