Ru
20:43 / 24 İyun 2019

Paytaxtda kişi meyiti tapıldı

2372
Cari il iyunun 23-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində, Ə.Bağırov küçəsi 78 ünvanında naməlum avtomobil tərəfindən vurularaq öldürülən təxminən 50-55 yaşlarında kişi meyiti aşkar edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuPost.az-a bildiriblər ki, həmin şəxsin boyu 170-175 santimetr, orta bədən quruluşlu, gözlərinin rəngi qaradır. Tapılan zaman əynində boz rəngli şalvar və çəhrayı rəngli köynək olub. Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildəki şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin 102 - Xidməti Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə (012) 450-02-02, həmçinin (070) 272-00-73 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər