Ru
01:00 / 29 Oktyabr 2019

Pediatrlar arasında “süni qida qalmaqalı”: Kimdir günahkar? – Erkin Rəhimovdan CAVAB

4748
Son günlərdə pediatr Aytən İsmayılzadə sosial şəbəkədə süni qidalarla bağlı yaydığı paylaşımlarında ölkənin bir çox xəstəxanalarına, o cümlədən tanınmış neanotoloq və pediatrlarına qarşı ciddi ittihamlar irəli sürüb.

BakuPost.az medicina.az-a istinadən xəbər verir ki, Aytən İsmayılzadə ölkənin bir çox özəl xəstəxanalarındakı pediatr və neonatoloqları gələcəyimizi zəhərləməkdə günahkar bilib. O, son statusunda konkret olaraq, bir neçə klinikanın adını çəkib. Bundan sonra isə statusa həkim və pasiyentlər müxtəlif rəylər verərək, bir çoxları statusun qərəzli olduğunu bildirib:

"Bu gün də oldu.... Zəng gəldi və dörd günlük körpə anası soruşur : Doğum evindən bu gün çıxmışam, moloziva hələ gəlir .. çıxanda smes də verdilər .... Mən əlbəttə ki, izah edirəm, o smesdən quymaq bişir ye, ya da özlərinə qaytar... Utancverici, əsəbverici hadisədir. Bu hadisə Baku Medikal Plazada olub. Bundan sonra hadisələrin baş verdiyi klinikaları qeyd edəcəm.
Keçən dəfə paylaşdığım kartaya smes yazılması isə Oksigen klinikasında baş vermişdi. Həmin gün mənə oxşar halların ATU Cərrahiyədə bas verdiyini bildirdilər. Bir müddət öncə isə anaya Leyla Şıxlinskayanın klinikasında uşaqda sarılıq var, özün evə get, smes vereceyik deyilmişdi.



Bu klinikaların baş neonatoloqları, ya ümumi neonatoloqların başçısının Rüstəm doktorun bu işdən xəbəri varmı? Yoxsa, qayda qanun belədir, xəbərimiz yoxdur? Elə məhz BMP-ya catdirin. Oranın neonatologiya şöbə müdiri səhv etmirəmsə, Erkin doktor belə halları normal hesab edir? Yoxsa həkiminə gücü çatmır ? Doğum evindən evə döşündə süd yola salınan anaya smes aldırıb məsləhət vermək, hansı insanlığa və həkimliyə sığır? Nəsib doktor, elə anaları danlayırısınız süd vermək istəmirsən deyə. Buyurun, fakt! Mehriban xanımın bu işlərdən xəbəri yoxdur, əminəm! Çünki bu sahəyə təyin edilən şəxslərə etibar edir. İmzalı məktub iki həftədən coxdur göndərilib. Mən bu hadisələri gördükcə pediatriyadan getmək istəyirəm …”

Aytən İsmayılzadənin konkret olaraq adını çəkdiyi, Baku Medikal Plazanın pediatriya şöbəsinin rəhbəri Erkin Rəhimovdan cavab açıqlaması gecikməyib. O, özünü bir kənara qoyaraq, işlədiyi klinika və doğum şöbəsi haqqında səslənən ittihamların əsassız, reytinq xətrinə atılan bir addım olduğunu bildirib:

Reytinq xatirinə populizm çıxışların əsası yoxdur

"Son günlərdə özüm və çalışdığım xəstəxana ilə bağlı tam araşdırılmamış, reytinq xətrinə bəzi ittihamlar yayılıb.

Bilməyənlər üçün deyim ki, BMP-da fəaliyyətə başladığım ilk gündən ana südünə verdiyim əhəmiyyət göz önündədir və bizdə doğuş həyata keçirən minlərlə ana buna şahiddir. Xəstəxanamızda ana südü təbliğatı üçün nəzərdə tutulmuş, xüsusi təlimli tibb bacısı var və bütün doğuş edən analara kömək edir və süni qarışıqlar əleyhinə güclü təbliğat aparır.

İkincisi, ana südünün əhəmiyyətini, düzgün əmizdirməyin faydalarını, süd sağmağın texnikalarını qısa izah edən bir kitabça analara paylanılır.

Üçüncüsü, süni qarışıq verilməsi tibb bacısının səlahiyyətində deyil, həkimin göstərişi ilə olur, buna ciddi nəzarət edilir (bütün yeni personal ana südü haqqında təlimdən keçirilir).

Dördüncüsü, öz təqib kitabçamızda və zahılar şöbəsində ana südünü təbliğ edən yazılar asılıb. Beşincisi, ana südünün təbliğatı ilə əlaqəli istər Səhiyyə Nazirliyi səviyyəsində, istərsə də analar qrupları səviyyəsində bütün sosial layihələrdə iştirak edirik. Bu işin içində olanlar, nə qədər əmək verdiyimizi bilir.

Təkcə söz ilə yox, işlə də populizmdən uzaq bu təbliğata daima dəstək vermişik və verəcəyik də. Xalqımızın, cəmiyyətimizin məsələlərə doğru qiymət verəcəyinə inanıram.”



Qeyd edək ki, digər adı çəkilən klinikaların pasiuent və həkimləri də da məsələ ilə bağlı narazılığını bildirib.

Bu statusdan sonra isə Aytən İsmayılzadənin məşhur uşaq süni qida şirkətinin reklamını etdiyi fotosunu da üzə çıxarıb yayıblar. Belə ki, pediatr Humana uşaq qidalarının təbliğini bir verilişdə həyata keçirib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər