Ru
15:08 / 13 Sentyabr 2020

Pekcan: "Azərbaycanla sərbəst iqtisadi əməkdaşlıq etməyi hədəfləyirik"

4069
Azərbaycanın Milli Məclisinin Sədri Sahibə Qafarovanı nazirliyimizdə görmək bizim üçün qürurverici oldu. Azərbaycan bizim üçün dost və qardaş ölkədir. Əlaqələrimiz geniş və dinamik inkişafdadır.

"BakuPost" xəbər verir ki, bu fikirləri Türkiyənin Ticarət naziri Ruhsar Pekcan Azərbaycanın Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüşün nəticələrini dəyərləndirərkən deyib.

Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə iqtisadi əlaqələrin daha da gücləndirilməsi, təcrübə mübadiləsi, qarşıda duran maneələrin azaldılması istiqamətində əməkdaşlıq etdiklərini diqqətə çatdıran nazir Ruhsar Pekcan deyib:

“Hədəfimiz sərbəst iqtisadi əməkdaşlığa dair razılaşma imzalamaqdır. Burada, eyni zamanda, gömrük-keçid xidməti xərclərinin azaldılması da nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası ilə də əməkdaşlığın artırılması istiqamətində bir sıra işlər aparılır. Azərbaycan Milli Məclisinin sədrinin xanım olmasını da nəzərə alaraq iş qadınlarının dəstəklənməsində bizimlə həmfikir olduğunu düşünürük və bu istiqamətdə bir layihə də hazırlamışıq. Bu və digər sahələr üzrə əməkdaşlığımızı davam etdirəcəyik”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər