Ru
13:15 / 14 Oktyabr 2019

“Pensiya və sosial müavinət təyinatı tam elektronlaşdırılacaq” - Nazir

2481
"Bu ilin sonuna qədər 19 növ müavinətin proaktiv xidmət olaraq vətəndaşlara təqdim edilməsi nəzərdə tutulur”.

BakuPost.az xəbər verir ki, bunu MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin göstərdiyi xidmətlərin sayı durmadan artır. Əgər, ilin əvvəlində bu xidmətlərin sayı 126 idisə, hazırda say 132 xidmətə çatıb. Bu xidmətlərin də hər birinin sadələşməsi, elektronlaşması, əlçatan olması üçün işlər davam etdirilir.

İlk növbədə bu işlərin ana xəttində icra ilə bağlı çətinliklərin aradan qaldırılması dayanır. Bundan əlavə, artıq vətəndaş -məmur təmasında yeni konsepsiyanın təqdimatı DOST Agentliyinin timsalında özünü göstərir. Qeyd etdiyim kimi, burada 19 növ müavinətin proaktiv təqdimi nəzərdə tutulur. Proaktiv xidmət isə odur ki, vətəndaşlardan nəinki yazılı, hətta elektron müraciətlərin daxil olmasına da ehtiyac olmur. Onun hüququ dövlət tərəfindən tanınaraq təmin olunur".

Nazir bildirib ki, bu müavinətlərin sırasında həm əlilliyə, həm yaşa, həm də ailə başçısını itirməyə görə olan müavinətlər yer alır:
"Bunların hər biri barədə ilin sonuna qədər silsiləli şəkildə məlumat veriləcək. Ümumilikdə ilin sonuna qədər illik 25 min müraciəti əhatə edən pensiya təyinatı və 150 min müraciəti əhatə edən sosial müavinət təyinatını tam şəkildə proaktiv xidmətlərə keçirmək fikrindəyik. Bu xidmətlər elektronlaşdırıldıqdan sonra il ərzində orta hesabla 200 minədək müraciətin proaktiv qaydada icra edilməsi təmin ediləcək".

Afaq Rza
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər