Ru
20:45 / 26 Fevral 2020

Pensiyaçılar üçün pulsuz xidmət - Azərbaycanda

3757
"Artıq bütün pensiyaçılarımız pensiya kartları üzrə daxilolmalar barədə məlumatları pulsuz əldə etmək üçün “SMS xəbərdarlıq” xidmətindən faydalana bilərlər".

BakuPost.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, pensiya hesablarının mövcud oduğu "Kapital Bank" və "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən bu xidmət pensiyaçılar üçün pulsuz olaraq təklif olunur: "Hər bir pensiyaçı həmin xidmətə qoşulmaqla pensiyaları hesablarına köçürülən anda bu barədə "SMS xəbərdarlıq” formasında məlumat əldə edə bilər".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər