Dekabrın 9-da Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan şəxsi iqamətgahında Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinlə görüşüb.
Bakupost.az xəbər verir ki, bu barədə Petrosyanın mətbuat katibi Arman Musinyan məlumat yayıb.
“Söhbət zamanı Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və onların inkişafı və möhkəmlənməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb”, - Musinyan qeyd edib.