21:20 / 21 Sentyabr 2021

"Peyvənd vurduran şəxsdə zökəm və allergiya ola bilər" - HƏKİM

2158
"Qarşıdan payız-qış mövsümü gəlir. Payız aylarında əksər insanda müşahidə olunan yüngül qrip simptomları insanları narahat etməyə başlayıb. İnsanlar koronavirusa yoluxmalarından ehtiyat edirlər. COVID-19 əleyhinə peyvənd olunan şəxslər mövsümi qriplərə qarşı da peyvənd olunmaq istəyirlər. Lakin bunun orqanizimə ziyan verməsindən qorxurlar".


Bununla bağlı Bakupost.az -a açıqlama verən həkim Elnur Eldaroğlu bildirib ki, COVID-19 əlehinə peyvənd olunan şəxslər, eyni zamanda mövsümi qriplərə qarşı da peyvənd oluna bilərlər:


“Hər iki peyvəndin mexanizmi eyni dərəcədə olsa da, koronavirus üçün vurulan peyvəndlər adi qrip peyvəndindən fərqlənə bilər. Normal halda insanlara hər il ildə 2 dəfə adi qrip peyvəndi vurulur. Hesab edirəm ki, peyvənddən əlavə bədənin özünün immun sistemini artırmaq daha doğrudur. Eyni şəxsə bir neçə dəfə peyvənd vurula bilər. Məsələn, Avstriyadan olan bir nəfər Azərbayacana yaşamaq üçün gəldi. Həmin şəxsə Avstriyada 1-ci doza peyvənd vurulmuşdu. Azərbaycanda ona yenidən 1-ci və 2-ci doza peyvənd vuruldu. Səhhətində heç bir dəyişiklik olmadı”.


E.Eldaroğlu qeyd edib ki, adi qrip peyvəndi və koronavirus əleyhinə peyvənd vurduran şəxsdə ilk dozadan sonra ağırlaşma müşahidə edə bilərik. Zökəm və allergiya halları arta bilər. Bu, gözlənilən haldır.


Aytəkin
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər