Ru
14:12 / 12 Avqust 2019

Pilotumuzun axtarışı ilə bağlı yeni AÇIQLAMA

2524
"MİQ-29 təyyarəsinin bəzi fraqmentləri tapılıb. Bununla bağlı başqa ciddi məlumat yoxdur. Həmin fraqmentlərin türkiyəli mütəxəssislər tərəfindən tapıldığı bildirilir, amma bu rəsmən təsdiqlənməyib. Bir azərbaycanlı dalğıcla, bir türk dalğıc suya girib, şəkillər çəkiblər”. 


Bakupost xəbər verir ki, bunu modern.az-a açıqlamasında iyulun 24-dən Xəzərdə itkin düşən pilot Rəşad Atakişiyevin qayınatası, sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.


Sabiq dövlət müşaviri bildirib ki, axtarışların aparılmasına hava imkan vermir: "Təyyarənin qalıqlarına doğru birinci hərəkət edən türk dalğıc olub. Bizdə olan məlumata görə, axtarışları bu gün də davam etdirməlidirlər. Ancaq hava şəraiti imkan vermir. Dalğıclar aşağı düşə bilmirlər”


Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 təyyarəsi iyulun 24-ü gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayıb. Xəzər dənizinə düşən hərbi təyyarəni idarə edən pilotumuz polkovnik-leytenant Rəşad Atakişiyev də itkin düşüb.


Təyyarənin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-də axşam saatlarında müəyyən edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər