Ru
14:43 / 24 May 2019

Pirşağı gölündə balıqlar niyə tələf olur? - NAZİRLİKDƏN AÇIQLAMA

1992

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Pirşağı gölündə balıqların zəhərlənərək öldürülməsi iddiasına cavab verib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktor əvəzi Mehman Axundov bildirib ki, Pirşağı gölü durğun göldür: "Yəni, göldəki sular dayanan sulardır. Həmin gölün yaxınlığından Abşeron suvarma kanalı keçir. Pirşağı gölünə böyük həcmdə çirkab suları axıdılır. Həmçinin gölün yaxınlığında yerləşən "2-ci sovxoz” adlanan təsərrüfatdan da ora çirkab suları tökülür”. 


Nazirlik rəsmisi bildirib ki, Pirşağı gölündə yay aylarında balıqların tələfatı müşahidə edilir: "Nazirliyin nümayəndələri bu hadisə ilə əlaqədar göldən su nümunələri götürüb. Aparılan araşdırma nəticəsində aydın oldu ki, göldəki suda oksigenin həll olunmuş miqdarı dəfələrlə aşağı düşüb. Həmçinin suyun səviyyəsi də normadan 60-70 sm aşağıdır. Balıqların tələfatı da məhz bunlarla bağlıdır”.


Qeyd edək ki, sözügedən video "Facebook"da "Azərbaycan Balıqçılar İttifaqı" adlı ümumi qrupda paylaşılıb. (ONA)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər