Ru
20:46 / 18 Noyabr 2019

"Pis xəbər almağımız Azərbaycanla oyundakı çıxışımıza təsir edə bilər" - Pavel Hapal

1333
"Ötən oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər olacaq. Robert Mak qırmızı vərəqə aldığı üçün oynamayacaq. Amma qalan oyunçular meydana çıxmağa hazırdırlar. Sabah Azərbaycanla matçda yalnız qələbə haqqında düşünürük".

BakuPost
"Report"a istinadən xəbər verir ki, bu fikirləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis optimist olduğunu vurğulayıb: "Uelsdəki görüşün nəticəsi bizim üçün çox önəmlidir. İnanmalıyıq ki, qrupumuzdakı digər oyun heç-heçə yekunlaşa bilər. Çünki matç Uels və Macarıstan üçün çətindir. Rəqiblər qapılarını toxunulmaz saxlamağa cəhd edəcəklər. Xorvatiya ilə qarşılaşmada bəxt bizim tərəfimizdə deyildi. Ümid edirəm ki, Uels - Macarıstan duelində bəxt bizə güləcək. Çünki pis xəbər almağımız Azərbaycanla oyundakı çıxışımıza təsir edə bilər. Bugünkü məşqdən sonra dəqiq biləcəyik, bəlkə də, hansısa futbolçu yorğun ola bilər. Mütləq qələbə qazanmalıyıq".

Məşqçi Azərbaycan yığmasında bəzi dəyişikliklər olduğunu söyləyib: "Bakıdakı oyunla müqayisədə Azərbaycan millisinin oyununda müəyyən dəyişikliklər görünür. Biz matça ciddi yanaşmalı və maksimum gücümüzü ortaya qoymalıyıq".

Qeyd edək ki, sabah Trnavadakı Anton Malatinski adına Stadionda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər