Ru
19:08 / 21 İyul 2019

Pivə spirtli içkilər siyahısından çıxarılır

1811
Rusiyanın Sənaye və Ticarət Nazirliyi pivənin pərakəndə satışına məhdudiyyətləri yumşaltmağı təklif edib.


Bu, nazirliyin 2019-2025-ci illər üçün nəzərdə tutulan strateji inkişaf layihəsində yer alıb.


Nazirlik təklif edib ki, pivə alkoqollu məhsullar siyahısından çıxarılsın.


Qeyd olunur ki, bu təklifin olunmasında məqsəd pivəni bütün alkoqollu məhsullara tətbiq olunan məhdudiyyətlər siyahısından çıxarmaq üçün atılıb.Nazirlik yaxın vaxtlarda layihəni razılaşdırmaq üçün digər orqanlara göndərəcək.


Qeyd edək ki, 2011-ci ildə pivə alkoqollu içkilər siyahısına daxil edilib. Nəticədə onu saat 23:00-08:00 radələrində qədər müddətdə satmaq qadağandır. Onu həm də həddi buluğa satmaq da qadağan olunur.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər