Ru
21:44 / 25 May 2019

Polad Bülbüloğlu sərt danışdı: "Nəyi hara soxmağı Araz Əlizadəyə anlada bilərəm"

3305
Azərbaycanın
Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deputat Araz
Əlizadənin növbəti  boş iddialarına cavab
verib.
  BakuPost.azxəbər P.Bülbüloğlu Unikal.org-a açıqlamasında jurnalist Fuad Abbasovun Rusiyada
yayımlanan tok-şoularda onun müdaxiləsi ilə iştirak etdiyi haqda mətbuatda
yayılan fikirlərə kəskin reaksiya verib: "Mən heç kimi harasa soxmuram. Amma
nəyi hara soxmağı Araz Əlizadəyə anlada bilərəm. Rusiya televiziyaları bununla
bağlı mənə müraciət etməyib. Fuad Abbasov və digərlərinin Rusiyada yayımlanan
tok-şoularda iştirak üçün təqdim etmək səfirliyin səlahiyyətində deyil”.

  Səfir
açıqlamasında A.Əlizadənin 90-cı illərdən sonra siyasi səhnədən silindiyini
deyib. P. Bülbüloğlu digər iddialara da münasibətini açıqlayıb: "Araz Əlizadə
deyir ki, Fuad Abbasov Azərbaycan vətəndaşı deyil, o yalan danışır. Azərbaycan
səfirliyində onun Azərbaycan vətəndaşlığı pasportu var və bizdə Azərbaycan
vətəndaşlarının problemləri ilə məşğul olmalıyıq”.

  P. Bülbüloğlu
deputatı savadsızlıqda da ittiham edib: "Deputat olan bir şəxs belə savadsız
fikirlər söyləməz. Guya rusiyalı deputat Kalaşnikov ona deyib ki, səfirə
muraciət etmişik ki, bizə tok –şoular üçün politoloq versin. Ancaq səfir deyib
ki, belə adamlar yoxdur. Deputat olan kəs bilməlidir ki, səfir bütün
yazışmaları və təklifi ancaq Xarici İşlər Nazirliyinin xətti ilə aparir”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər