Ru
12:34 / 08 Avqust 2019

“Polis gəlir...” sualının arxasındakı mətləblər

2986
Elşad HACIYEV 

polis mayoru



            Düşüncələrimiz necədirsə, həyatımız da elədir... 


 

      Dəyişən dünya düzəni və yeni geosiyasi şəraitin fonunda cinayətkarlığın təhlili göstərir ki, ölkəmizdə ağır və xüsusilə ağır cinayətlər cəmi 10 faiz təşkil edir. Bu, illərdir digər hüquq-mühafizə orqanları ilə birgə, Azərbaycan polisinin gərgin xidmət fəaliyyətinin nəticəsində mümkün olub. Bu reallıqlar haqqında fikir söyləmək üçün əvvəlcə o fəaliyyət sahəsinin içində olmaq, yaxud onu yaxından müşahidə etmək, əlacsız qaldıqda, görünənləri aydın düşünmək lazımdır.


 

     Ümumiyyətlə, təhlükəsizlik anlayışı, təhlükəsizlik söhbəti meydana çıxanda birinci növbədə yada polis düşür. Kütləvi maraqların hər həmləsində insanlar polisin davranışından tutmuş onun geyiminin son ilməsinə qədər çözüb-çözələyir. Ona görə, Artur Konan Doyl deyir ki, polis əməkdaşının (polisman) cəmiyyətdə sabit estetik obrazı yoxdur, hərə polisə bir şəkildə "məhəbbət”, sevgi bəsləyir. Çox maraqlıdır ki, bununla yanaşı, polisin nüfuzu həmişə cəmiyyətdə güclü olub. Polis olmasaydı, bugünkü mədəni-ictimai həyatımızı təmin edən amillər içərisində bu qədər güclü istinad – ictimai sabitlik ola bilməzdi. Ona görə də kütləvi şüurda polis haqqında səpələnən çeşidli fikirlər həqiqətin üzərindən xətt çəkə bilmir. Cəmiyyət tarixi baxımından müəyyən qədər paradoksal olur. "Polis olmasa?...” həqiqətinin arxasında onlarla sual durur ki, onların hər birinin cavabı var. Küçədə yeriyən polisə hamı baxır, görməyənə isə yanında azyaşlı varsa, göstərir. Bu barədə kinodramaturq, aktyor Çarli Çaplinin maraqlı bir fikri var ki, insanların diqqətini cəlb etmək ideal polis obrazı yaratmaqla, xalqın sevimlisinə çevrilib, məşhurlaşmaq olar. Amma necə, nə qədər mümkündür?...


     Azərbaycan cəmiyyətində cinayətlərin hansı səbəblərdən baş verdiyini, cəmiyyətə təsirini araşdırıb konkretləşdirdikdə məlum olur ki, ildən-ilə cinayət təqibi aparatı möhkəmlənir, risk qrupları ictimaiyyətin dəstəyi ilə ya polis nəzarətindədir, yaxud həbsdədir. İndi dünyanın elə çağıdır ki, cəzasız qalacağına arxayın olan daha böyük fikrə düşür. Bu düşüncə onun təbii hüquqdur. Filosoflar açıq deyir ki, cəzasız qalan adam ya ölümə gedir, ya da öldürməyə...


Aydın həqiqətdir ki, həyatda üzünü tapmayanlar, yaxud tərbiyəsi mübahisəli olanlar ictimai təhlükəli əməllərə meyilli olmaqdan çəkinmir. Doğrudandadüşüncələrimiz necədirsə, həyatımız da elədir. Deməli, ictimai təhlükəli hərəkət, əməlin tərkibindən asılı olamayaq, insanların davranışlarından kənarda yox, onların iradəsi ilə baş verir. Başqa sözlə, bu, şüurlu iradəvi-aktdır. Və nəticədə törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipi aktuallaşır. Elmi ədəbiyyatlarda rastlanan izahlar da onu deməyə əsas verir ki, cəzanın labüdlüyü cinayətkarlığın artım indeksini buxovlayır. Əks təqdirdə cinayətkarların layiq olduqları cəzaya məruz qalmamalarına, cəzanın labüdlüyü prinsipinin pozulmasına səbəb olur. O ölkələrdə ki, təhlükəli əmələ görə cəza yoxdur, yaxud gec tətbiq olunur, ictimai təhlükəsizlik, mülkiyyət toxunulmazlığı, insan sağlamlığı, qanunçuluq sual altına düşür.


     İndi ictimai sabitlik o qədər möhkəmlənib ki, artıq ölkəmizə gələn əcnəbilər belə polisin xidmət səviyyəsinin yüksəldiyini etiraf edir, özlərini Azərbaycanda rahat hiss edirlər. Onlar Azərbaycan reallıqlarında vəziyyəti görür, qiymətləndirir. Belə bir vəziyyətdə polis Azərbaycan reallıqlarından doğan bugünki obrazını o qədər peşəkarlıqla gerçəyə çevirməyi bacarmışdır ki, artıq qlobal miqyaslı idman oyunları, beynəlxalq əhəmiyyətli mədəni-humanitar tədbirlərin ölkəmizdə keçirilməsinə təşəbbüslər artıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər