Ru
13:12 / 03 Mart 2021

Polis restoranda toy edənləri yaxaladı

1540
Şamaxıda “Şirvangöl” restoranında xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə toy məclisi təşkil edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan "Bakupost"a verilən məlumata görə, polislər tərəfindən həmin obyektə baxış keçirilən zaman orada 50-yə yaxın şəxsin biryerə toplaşaraq məclisdə iştirak etdiyi aşkar olunub.

Restoranı işlədən Kənan Fərmanov və məclisi təşkil edən 13 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər