Ru
12:48 / 01 Avqust 2020

Polisdən kobudluğa məruz qalan jurnalistlə bağlı - AÇIQLAMA

2668
"Paytaxtın Nizami rayonunda "Anadolu" agentliyinin Bakı nümayəndəliyinin əməkdaşı Rəsul Rəhimovun yol polisi haqqında iddiaları tərəfimizdən araşdırılıb".

Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavab olaraq bildirib. Onun sözlərinə görə, R.Rəhimov avtomobilini yolun hərəkət hissəsində park etdiyinə görə ərazidə xidmət aparan yol patrul xidməti xidməti əməkdaşları tərəfindən ona irad bildirilib. Qanunun tələbləri, ərazidə sıxlığın aradan qaldırılması üçün görülən tədbirlərlə həmin avtomobil ərazidən uzaqlaşdırılıb.

"Yaranan analışmazlıq sürücüyə izah olunub. Hər hansı kobudluq və digər qanundankənar hərəkət aşkar olunmayıb, iddiallar əsassızdır".

R.Rəhimov da artıq çəkilişə gedərkən yol polisi ilə yaranmış anlaşılmazlığın izah edildiyini deyib. "Biz hər zaman DİN əməkdaşları ilə çox yaxın iş birliyində olmuşuq və bundan sonrada davam edəcəkdir".

Xatırladaq ki, ötən gün "Anadolu" agentliyinin Bakı nümayəndəliyinin əməkdaşı Rəsul Rəhimova qarşı kobudluq edildiyini bildirib. Hadisə Heydər Əliyev prospektində baş verib. Rəsul Rəhimov bildirib ki, xidməti vəzifəsini yerinə yetirmək üçün həmin ərazidə olub.

"Yolun kənarında avtomobili saxlayıb "İhlas" xəbər agentliyinin əməkdaşı Kamil Nadirli ilə çəkiliş edəcəyimiz məkana daxil olmaq üçün növbə gözləyirdik. Bu zaman 99 YP 279 dövlət nömrə nişanlı, patrul avtomobilindən düşən əməkdaş özünü təqdim etmədən, kobud şəkildə bizə ərazini tərk etməyimizi dedi. Baxmayaraq ki, orada Post Patrul Xidməti əməkdaşları da var idi və onlar bizim nə üçün gözlədiyimizi bilirdilər. Yol polisinə izah etməyə çalışdım ki, çəkilişə gəlmişik. Amma o bizi dinləmədi. Qolumdan yapışaraq Post Patrul Xidməti əməkdaşlarına "bunu basın maşına aparın" dedi. Təbii ki, məsələni bildikləri üçün PPX əməkdaşları özləri izahat verdilər. Bundan sonra yol polisi əməkdaşı çıxıb getdi".

Jurnalist qeyd edib ki, heç bir artıq hərəkət etmədiyi halda bu cür kobudluqla üzləşib: "Özünü təqdim etmədiyi üçün adını bilmədik. Sadəcə, Nizami rayon Yol Polisi Şöbəsinin əməkdaşı olduğunu bildim. İstədim ki, yol polisi adına xələl gətirən bu cür əməkdaşlar cəzalandırılsın. Biz hər zaman dövlətin keşiyində olan yol polislərinin əməyini yüksək qiymətləndiririk. Amma bu cür neqativ hallar olmamalıdır".




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər