Ru
12:55 / 05 Sentyabr 2019

Polisin fahişəliyə qarşı mübarizəsinə sakinlər nə deyir? - VİDEO

3395


“Adam ailəsi ilə “Tarqovı”da gəzməyə qorxur...”


Məlum olduğu kimi Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda fəaliyyət göstərən bəzi əyləncə-istirahət yerlərində ̶ gecə klublarında, barlarda, otel və motellərdə, mərkəzi küçələrdə ictimai mənəviyyat əleyhinə, əxlaqa zidd halların aradan qaldırılması üçün tədbirlər planı hazırlayıb. Planda əxlaqa zidd olan bütün halların forma və təzahürlərinə qarşı mübarizənin effektivliyini artırmaq üçün milli-mənəvi dəyərlərimizə uyğun olmayan davranışların, ictimai əhəmiyyət kəsb edən digər neqativ halların qarşısının alınması üçün kompleks profilaktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.


Əsasən Səbail rayonu ərazisində yerləşən “Fəvvarələr meydanı” və Nizami küçəsində, Nəsimi rayonu S.Vurğun və Nizami küçələrinin kəsişmələrində yüngül əxlaqlı həyat tərzi sürən şəxslərin profilaktikasına dair tərkibi əməliyyat, təhqiqat, ictimai təhlükəsizlik əməkdaşlarından ibarət fasiləsiz fəaliyyət göstərən xüsusi naryad qrupları yaradılıb.

Belə bir addımın atılması isə heç də birmənalı qarşılanmayıb. Bəzi şəxslər düşünür ki, bu, insan azadlıqlarına zidd addımdır.


Bəs paytaxt sakinləri nə düşünür?

BakuPost bununla bağlı keçirilən sorğunu təqdim edir:

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər