Ru
11:24 / 21 May 2019

Poroşenko Ukraynaya xəyanətdə ittiham olunur – Yanukoviçin adamı ərizə verdi

2707
Eks-prezident Viktor Yanukoviçin dövründə  Ukrayna Prezidenti Administrasiyasının rəhbərinin birinci müavini olmuş  Andrey Portnov, Poroşenkoya qarşı istintaq dövlət bürosunda  ərizə verib.


 

BakuPost Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Portnov Poroşenkonu hakimiyyəti güclə ələ keçirmədə, dövlətə xəyanətdə  və vəzifəsindən sui-istifadə etməkdə ittiham edir. Sənədin sürətini isə özünün "Teleqram” kanalında yayıb.

 

Portnov niyə məhz mayın 20-də ayında ittiham ərizəsi verməsini isə belə əsaslandırıb:

"Zelenski dünən, ayın 20-də rəsmən prezident oldu. Zelenski prezident seçilməklə eks-prezident Poroşenko toxunulmazlığını itirdi”.

 

O, Zelenskinin andiçmə mərasimindən bir gün əvvəl mayın 19-da Ukraynaya gəlib.

 

Ülviyyə

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər