10:58 / 22 Noyabr 2021

Postmüharibə dövrünün əsas vəzifələrindən biri də... - Əliməmməd Nuriyev

1293
“Azərbaycan erməni işğalının nəticələrinin aradan qaldırılması ilə bağlı bir neçə istiqamətə iş aparır.​ Bu istiqamətdə diqqət yetirilməsli məsələlərədn biri,​ işğala məruz qalmış və azad edilmiş ərazilərimizin minalarla, partalayıçı sursatlar və maddələrlə çirkləndirilməsidir. İşğalçıları qovmuşuq, ancaq onların bu qəbildən olan ölümcül mirasıdır. Öz xislətlərinə uyğun olaraq onların bu ölümcül mirası zəngindir”.

Bunu Bakupost.az -a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.


Ə.Nuriyev bildirib ki, hazırda postmüharibə dövrünün əsas vəzifələrindən biri də mümkün olduğu qədər itki vermədən quruculuq işləri ilə yanaşı ərazilərimizin minalardan, partalayıçı sursatlardan təmizlənməsidir:


“Azərbaycan dövləti sərəncamında olan bütün resursları cəlb etməklə bu iş aparır, maksimum səy göstərir. Bu işdə cəmiyyət, ictimaiyyət və vətəndaşlar olaraq​ öz töhfəmizi verməliyik,​ məsuliyyətlə davranmalı, maarifləndirmə aparmalı, təhlükəsizlik qaydalarına əməl edilməsini təşviq etməliyik. Azad olunan rayonlarımıza səfərlər edən vətəndaşlarımız, həmçinin bu ərazilərə qonşu bölgədə yaşayan soydaşlarımız xüsusilə diqqətli olmalıdırlar. Şübhə doğuran əşya, cismlər, hallar barədə dərhal müvafiq dövlət orqanları məlumatlandırılmalıdır. Daxili İşlər Nazirliyi bu barədə bir neçə dəfə xəbərdarlıq edib. DİN əməkdaşları və DİN Daxili Qoşunlarının hərbi qulluqçuları bu ərazilərdə xidmət aparırlar və hər bir müraciət diqqətlə araşdırılır”.

Sevinc
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər