Prezident Metyu Piqası qəbul etdi

761
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda "Lazard Freres” şirkətinin baş icraçı direktoru Metyu Piqas ilə görüşüb.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən BakuPost-a verilən məlumata görə, Metyu Piqas şirkətin 2000-ci ildən Azərbaycanda müxtəlif layihələrin maliyyələşməsi və investisiya məsələlərinin həlli üzrə məsləhət xidmətləri göstərdiklərini vurğuladı. O, 2017-ci ildə şirkətin Azərbaycan Beynəlxalq Bankının borclarının şaxələndirilməsində iştirak etdiyini və bankın maliyyə məsləhətçisi olduğunu bildirdi. Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasının uğurla başa çatdığını və bunun beynəlxalq təşkilatlar tərəfindən də qəbul olunduğunu xüsusi vurğulayan Metyu Piqas respublikamızda yaradılan biznes mühitinin, sahibkarlara göstərilən dəstəyin və ölkəmizin iqtisadi uğurlarının "Doing Business 2019” hesabatında əks olunmasının Azərbaycanda investisiya məsələlərinə dair konfransların və digər tədbirlərin keçirilməsi üçün əlverişli şərait yaratdığını bildirdi. Qeyd olundu ki, qlobal şirkətlər və investorlar Azərbaycanda belə böyük tədbirlərin keçirilməsində çox maraqlıdır. Bu, həm də Azərbaycan Prezidenti tərəfindən xarici investorlara göstərilən dəstəyin, sərmayələrin cəlb olunması, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətlərində qəbul edilən qərarların və görülən tədbirlərin dəstəklənməsi baxımından çox əhəmiyyətlidir. Metyu Piqas maliyyə məsləhətçisi kimi öz xidmətlərini təklif edərək, Azərbaycanda bu sahədə fəal əməkdaşlıq üçün böyük potensialın olduğunu dedi.

Prezident İlham Əliyev "Lazard Freres” şirkətinin fəaliyyətindən razılığını bildirdi. Dövlətimizin başçısı şirkət ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğuladı.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər