Ru
12:43 / 30 İyul 2020

Prezident Şəkidə olub, yenilənmiş yol açılıb - FOTO - YENİLƏNİB

2115
Şəki rayonunun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.

Prezident İlham Əliyev yolun açılışda iştirak edib.
Dövlət başçısına məlumat verildi ki, uzunluğu 33 kilometr olan bu yol 2 hərəkət zolaqlıdır və 11 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir.

Bundan əlavə, Prezident İlham Əliyevə 11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tikintisi barədə də məlumat verildi.



Saat 12:43
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Şəkidə səfərdə olub.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər