Prezident tanınmış jurnalistə fəxri ad verdi

  • 20 Noy 2019 20:29
  • 346 Baxış
Prezident tanınmış jurnalistə fəxri ad verdi
Prezident İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

BakuPost-un məlumatına görə, Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə fəxri adlar alanlar sırasında bir tanınmış jurnalist də var.

Belə ki, “Xalq qəzeti”nin Sumqayıt şəhəri üzrə bölgə müxbiri Əli Nəcəfxanlı (Əliyev Əli Nəcəfxan oğlu) “Əməkdar jurnalist”fəxri adına layiq görülüb.