Ru
14:26 / 26 Fevral 2021

Prezident tapşırıq verdi: “Jurnalistlər Şuşaya aparılsın”

2904
“Dövlət şirkətləri Azərbaycanın üzərində böyük yükdür. Hətta Dövlət Neft Şirkəti də qazlaşdırma üçün dövlətdən dotasiya alır”.

Bakupost.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

İlham Əliyev bildirib ki, bəzi dövlət şirkətlərinin iş sahələri özəl kapital hesabına inkişaf etməlidir, birinci növbədə enerji sahəsi.

Ölkə rəhbəri xarici jurnalistlərin Şuşaya getmək istəyini müsbət qiymətləndirib:

“Şuşaya gedişə gəldikdə, tapşırıq verəcəyəm ki, jurnalistlər ora getsinlər. Qeyd edim ki, yol yaxşı deyil. Mən özüm də gedəndə bəxtim gətirdi ki, hava yağışlı deyildi, əks halda mən özüm də yolda qalacaqdım. Mən Hikmət Hacıyevə tapşırıq verirəm ki, jurnalistlər yaxın vaxtda Şuşaya aparılsın”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər