Prezident Yeni Zelandiyanın Baş nazirinə başsağlığı verdi

546
 
Azərbaycan Prezidenti İlham Əliyev Yeni Zelandiyanın Baş naziri Casinda Ardernə başsağlığı məktubu göndərib. 

BakuPost xəbər verir ki, başsağlığının mətnində deyilir:

"Hörmətli xanım Baş nazir,

Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu amansız terror əməlindən son dərəcə hiddətlənir, terrorizmin bütün forma və təzahürlərinə qarşı beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyirik.

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yeni Zelandiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər