Ru
14:45 / 12 Noyabr 2025

Prezidentdən yeni təyinatlar – Tam siyahı

Prezidentdən yeni təyinatlar – Tam siyahı
Eye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün bir sıra icra başçılarını vəzifədən azad edib, bir sıra rayonlara isə yeni başçılar təyin edib.

Bakupost.az icra hakimiyyəti orqanlarında aparılan kadr dəyişiklikləri ilə bağlı məlumatları təqdim edir. Beləliklə, Prezidentın sərəncamlarına əsasən,

Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Qeyd edək ki, Fuad Nəcəfli 2022-ci ilin dekabr ayında bu vəzifəyə təyin edilmişdi.

Digər sərəncamla Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. O, son təyinata qədər 2023-2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiə naziri vəzifəsində işləyib, 2024-cü il 25 aprel tarixində isə Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin edilmişdi.

Prezident İlham Əliyev Elxan Oqtay oğlu İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. O, digər sərəncamla Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Elşən Nazim oğlu Həsənli isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, Elşən Həsənli bu təyinata qədər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

Prezidentin digər sərəncamı ilə Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, digər sərəncamla Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Elvin Nazim oğlu Paşayev isəQax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Qax rayonunun sabiq icra başçısı İslam Rzayev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla həbs edilmişdi.

Prezidentin daha bir Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Orxan Çingiz oğlu Mürsəlov Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmən Natiq Nuşravan oğlu Ağayev isə Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar