Ru
12:55 / 17 Sentyabr 2019

Prezidentin mitinqində partlayış - 24 ölü, 30 yaralı

2952

Əfqanıstanın Pərvan bölgəsində partlayış olub.



BakuPost.az Reuters-ə istinadən xəbər verir ki, partlayış prezident Əşrəf Qaninin seçki kampaniyası çərçivəsində çıxışı zamanı qeydə alınıb.


Belə ki, polis maşınına yerləşdirilmiş bomba prezidentin çıxışı zamanı partlayıb. Prezident heç bir xəsarət almasa da insident nəticəsində 24 nəfər ölüb. 30 nəfərin isə yaralandığı qeyd edilib.



Partlayışla bağlı məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.


Vəsilə İbrahim

BAKUPOST

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər