16:38 / 13 Sentyabr 2021

“Prezidentin tələbi yerinə yetirilmir” – İkili idarəetmənin yaratdığı ciddi problemlər

6318
Deputatdan irad: Necə olur ki, Azərbaycanda bunu edə bilmirik?!

"Pandemiya xəstəxanalarında müalicə vətəndaşın öz boynuna qoyulur. Bu, işin düzgün qurulmamasının nəticəsidir".

Bunu Bakupost.az -a Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, hazırkı şəraitdə vətəndaşı sıxıntıya salacaq addımlar atmaqdan yayınmaq vacibdir:

“Bütün bunlar səhiyyə sisteminin arzuolunan formada təşkil olunmamasının bir göstəricisidir. Türkiyədə adam xəstələnirsə, evində oturur, yeməyi də evinə göndərirlər. Bəs necə olur ki, Azərbaycanın əhalisi daha az olsa da və yoluxma o qədər böyük kütləni əhatə etməsə də, biz bunu edə bilmirik?! Burada problem vətəndaşlarda, həkimlərdə deyil, səhiyyə sisteminin doğru təşkil olunmamasındadır. Əgər bu sistem düzəldilsə, məncə, problemlər aradan qalxar. Bu həm də axı Prezidentin tələbidir”.

Deputatın sözlərinə görə, səhiyyə sistemində əvvəldən qalan elə problemlər var ki, onların həlli mütləq qaydada ikili idarəetmədən uzaqlaşma nəticəsində mümkün ola bilər:

"İkili idarəetmə əslində, müalicə işinin təşkilinə çox böyük zərbə vurur. Səlahiyyətlər ya Səhiyyə Nazirliyinə, ya da TƏBİB-ə verilməli idi. Bu iki qurum arasındakı ziddiyyətli münasibətlər böyük problemlər yaratdı, pandemiya dövründə bu nöqsanlar daha çox üzə çıxdı. Fəaliyyət yarıtmaz oldu. İkili idarəetmə qaldıqca bu problemlər davam edəcək”.

Aysel
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • qaraguruh

    Xaosu özləri yaradır--yaşasın xaos prinsipi ilə

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər