Ru
19:59 / 25 Noyabr 2021

Prezidentlərin zarafatı Cahangir Əsgərovu dəyişdirdi - Artıq bığ saxlayır - FOTO

79011
Yəqin ki, bir müddət əvvəl Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Hava Yolları QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovla zarafatyana dialoqu hər kəsin xatirindədir.

Söhbət zamanı Ərdoğan C.Əsgərovu göstərərək "Bunun bığı vardı, indi yoxdur", -deyir. İlham Əliyev isə cavabında "tökülüb", -deyə bildirir. C.Əsgərov "yaşlandıq, töküldü... Zəngilanda olacaq", -deyib zarafatyana dialoqa əlavə edir.


Artıq AZAL rəhbərinin verdiyi sözə əməl edərək bığ saxladığı məlum olub.

Bakupost.az -ın məlumatına görə, bununla bağlı görüntülər qurumun bu gün keçirilən iclasında çəkilmiş fotolarda əks olunub.

Belə ki, fotoda C.Əsgərovun simasında dəyişiklik olduğu və bığ saxladığı görünür.
Prezidentlərin zarafatı Cahangir Əsgərovu dəyişdirdi - Artıq bığ saxlayır -  FOTO
Prezidentlərin zarafatı Cahangir Əsgərovu dəyişdirdi - Artıq bığ saxlayır -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər