Ru
22:13 / 19 Aprel 2019

Prezidentliyə namizədlərin gərgin debatı

2636
Ukraynada
prezidentliyə namizədlərin debatı maraqlı anlarla yadda qalıb.

 

BakuPost.azxəbər verir ki, Ukraynada prezidentliyə namizədlər Vladimir Zelenski ilə Petro
Poroşenkonun mərkəzi "Olimpiya” stadionunda debatı qarşılıqlı ittihamlar və
suallarla zəngin olub.

 

 

Debat zamanı
Poroşenko və Zelenski öz seçki platformalarını açıqlayıb, qarşılıqlı sualları
cavablandırıblar.

 

 

Əməkhaqları,
sosial islahatlar, ordu, təhlükəsizlik, ölkənin ərazi bütövlüyü, korrupsiya
halları hər iki namizədin çıxışının ana xətti olub.

 

 

Zelenskini
aktyorluğu, Poroşenkonun hökmü seçicilərin nəzərindən qaçmayıb.

 

 

Debat zamanı
maraqlı anlardan biri də Zelenskinin seçicilər, Poroşenkonun isə Ukrayna bayrağı
qarşısında diz çökməsi olub.

 

 

Hər iki namizədi
dəstəkləmək üçün stadiona kifayət qədər seçici toplaşmışdı. İlkin ehtimala
görə, debatda 40-50 min seçici iştirak edib. Seçicilər arasında hər hansı kütləvi
insident qeydə alınmayıb.

 

 

Qeyd edək ki,
debatın təhlükəsizliyinə 10 mindən çox polis qüvvələri cəlb olunub.

 

 
Ukraynada prezident
seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər