Ru
11:35 / 28 Avqust 2020

Prokuror Polad Həşimova şeir yazdı: “Sənə vətənim deyirəm”

6173



Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Sabir Abdinov ermənilərin Tovuz təxribatında qəhrəmancasına şəhid olan general Polad Həşimova şeir həsr edib.

Qeyd edək ki, 100-dən çox şeirinə mahnılar bəstələnən Sabir Abdinov 6 kitabın müəllifidir.



SƏNƏ VƏTƏNİM, AZƏRBAYCANIM DEYİRƏM...

(Torpaqlarımızın bütövlüyü uğrunda şəhid
olmuş unudulmaz general mayor Polad Həşimovun əziz xatirəsinə)

Sənə Vətənim deyirəm-
Dağları uca,
qayaları qoca,
çayları dum-duru,
bulaqları sərin,
meşələri dərin,
torpağı bərəkətli,
min bir nemətli,
günəşli, ulduzlu bir Vətən.

Sənə Vətənim deyirəm-
Vətənim bir az da ucalsın,
düşmənlərdən bac alsın.
Ürəyi səninlə döyünsün,
qoy sənə baxıb həmişə öyünsün...

Sənə Bayrağım deyirəm-
Lap uzaqlardan görünən bayrağım,
üstünə sərilən,
sənə bürünən bayrağım.
Sənin nəfəsinlə
qoy ucalarda dalğalansın,
enməsin bayrağım,
bu bayraq olsun çırağım,
bu bayraq olsun yarağım.
Bayrağımın əzəmətindən,
yer də, göy də çalxalansın.

Sənə Himnim deyirəm-
Məğrur, təkrarsız himnim.
Qoy hər zaman, hər yerdə
məhəbbətlə
ayaq üstə oxunsun,
dünyaya səs salsın
Və sənə laylay çalsın...

Sənə Azərbaycanım deyirəm-
Dünyanın xəritəsində,
yerində, göyündə
hər qitəsində
öz sözü, öz yeri olan bir Azərbaycan.
Qəhrəmanlar yurdu,
torpağında şəhid qanları ğöyərən,
adın Polad kimi əyilməz,
yenilməz bir Azərbaycan!

27.08.2020.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər