Ru
09:11 / 23 Noyabr 2021

PRoMetenin anasının üzərinə ağac aşdı: ayağı amputasiya edildi - VİDEO

5432

Noyabrın 10-da Bakıda əsən güclü külək zamanı Yasamal rayonunda yerləşən binaların birinin həyətində ağac qırılaraq “PRoMete” ləqəbiylə tanınan reper Pərviz İsaqovun anasının üzərinə düşüb.


Hadisədən sonra ciddi xəsarət alan qadının ayağı amputasiya edilib.


Bakupost.az xəbər verir ki, bu barədə Promete sosial şəbəkə hesabından paylaşım edib.

ProMete bildirib ki, hadisənin baş verməsindən 12 gün keçməsinə baxmayaraq, hələ də onlarla heç bir qurum maraqlanmayıb:

“Güclü külək başlayan zaman anam yaşadığı Yasamal rayonu, Mirəli Seyidov küçəsində bir neçə qonşuyla “besetka”da olub. Küləyin başladığını görərək onlar evə getmək qərarına gəliblər. Bu zaman güclü külək həyətdəki ağacı anamın üstünə aşırdıb. Xəsarət o qədər ciddi olub ki, anamın ayağını amputasiya etdilər. Hadisədən sonra məlum qurumlar gəlib həyətdəki aşan ağacın qalıqlarını təmizləyiblər. Lakin hələ heç bir qurum anamla maraqlanmayıb. Bildirim ki, həmin ünvanda aşan ağacla bağlı dəfələrlə sakinlər aidiyyəti qrumlara müraciət ünvanlayıb, amma baxılmayıb. Mən Yasamal Rayon Prokurorluğuna da müraciət etmişəm. Əminəm ki, bu məsələ dəqiq araşdırılacaq və günahkar olanlar öz cəzasını alacaqlar”.

Daha ətraflı videodan izləyə bilərsiniz:

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər