Prosineçkinin yeni klubu məlum oldu

  • 10 Avq 2020 23:40
  • 4485 Baxış
Prosineçkinin yeni klubu məlum oldu


Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni klubu məlum olub.

"BakuPost" xəbər verir ki, xorvatiyalı mütəxəssis Türkiyənin “Dənizlispor” klubu ilə anlaşıb. 51 yaşlı məşqçi növbəti mövsümdə “yaşıl-qaralar”ı çalışdıracaq.

Müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasının baş məşqçisi olub.



X