Ru
14:08 / 16 Oktyabr 2019

Putin Ərdoğanı Rusiyaya dəvət etdi

1912
Vladimir Putin Rəcəb Tayyib Ərdoğani Rusiyaya dəvət edib.

BakuPost.az xarici KİV-ə istinadən xəbər verir ki, Ərdoğan həmkarının dəvətinə müsbət cavab verib.

Dövlət başçıları arasında telefon danışığı oktyabrın 15-də Türkiyənin təşəbbüsü ilə baş tutub. Ərdoğan və Putin Suriya münaqişəsinin siyasi nizamlanması prosesinin davam etdirilməsi və oktyabrın sonlarında Cenevrə şəhərində BMT-nin rəhbərliyi altında Konstitusiya Komitəsinin çağırılmasına dəstək vermək barədə razılığa gəliblər.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında terrorçulardan təmizlənmiş bufer zonasının yaradılması üçün "Sülh çeşməsi” əməliyyatına başlayıb. Ankara, həmçinin sərhədyanı ərazilərdə suriyalı qaçqınları yerləşdirmək fikrindədir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər