Ru
23:31 / 20 Avqust 2019

Putin Makronla Qarabağı müzakirə etdi

4510
Rusiya və Fransa prezidentləri - Vladimir Putin və Emmanuel Makron Breqansonda keçirilmiş görüşün gedişatında regional münaqişələrin nizamlanmasını müzakirə ediblər. BakuPost xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, qeyd edib ki, dövlət başçıları arasındakı danışıqlar dolğun, konstruktiv və etibarlı olub. Mətbuat katibi qeyd edib ki, görüşdə çoxsaylı dövlətlərarası problemlərə - Balkanlar, habelə Dağlıq Qarabağ, eləcə də digər münaqişələrə toxunulub. Dövlət başçıları iqlim dəyişikliyi üzrə danışıqlara kifayət qədər ciddi yanaşıblar. Görüşdə o cümlədən Arktikanın mənimsənilməsi də diqqət mərkəzində olub. Liderlər müzakirələrin gedişatında ikitərəfli məsələlərə də toxunublar.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər