Ru
13:55 / 22 Yanvar 2020

Putin Yuri Çaykaya yeni vəzifə verdi

2207
Rusiya Prezidenti Vladimir Putin sabiq Baş prokuror Yuri Çaykanı yeni vəzifəyə təyin edib.

BakuPost.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

V. Putinin imzaladığı müvafiq fərmana əsasən, Y. Çayka Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.

Fərman imzalandığı gündən qüvvəyə minib.

Qeyd edək ki, bu gün Rusiya Federasiya Şurasının plenar iclasında Y. Çayka Baş prokuror vəzifəsindən azad olunub. V. Putin tərəfindən namizədliyi irəli sürülmüş İqor Krasnov iclasda Baş prokuror vəzifəsinə təsdiqlənib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər