Ru
10:04 / 16 Yanvar 2020

Putin və Makron Fələstinə gedəcək

1500
Gələn həftə Rusiya və Fransa prezidentlərinin Fələstinə işgüzar səfəri gözlənilir.

TASS-ın xəbərinə görə, bu barədə Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki məlumat verib.


"Biz hər iki prezidenti - Putin və Makronu 22- 23 yanvar tarixlərində qəbul edəcəyik. Bu, çox vacibdir"- deyən nazir Fələstin lideri Mahmud Abbasın rusiyalı həmkarı ilə Yaxın Şərq problemlərini müzakirə etməyi planlaşdırdığını söyləyib.

"İkitərəfli məsələlər, Fələstin-İsrail nizamlanmasına dair ətraflı müzakirələr olacaq. Eyni zamanda Suriya və Liviyadakı vəziyyətə də toxunulacaq”, - deyə əl-Maliki vurğulayıb.

Onun sözlərinə görə, Prezident Putin Viflemdə olacaq və orada Rusiyanın töhfəsi ilə yenilənmiş küçənin açılışında iştirak edəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər