Ru
10:17 / 15 Noyabr 2019

Putin Zelenski ilə görüşmək istəmədi - Nazarbayev təklif etmişdi

1822
Rusiya Prezidenti Vladimir Putin "Normand dördlüyü" sammitindən əvvəl Ukrayna lideri Vladimir Zelenski ilə görüşmək niyyətində olmadığını bildirib.

BakuPost REN TV-yə istinadən xəbər verir ki, bu barədə Putin Braziliyada BRICS sammitinin başa çatması ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib.


Onun sözlərinə görə, danışıqlar nəticəsiz qala bilər. Nə Zelenski, nə də özü bunda maraqlı deyil.

"Biz hansısa nəticələr çıxarmalıyıq. Zelenski ilə telefonla danışırıq, amma bəzi həll yollarını tapmalıyıq", - deyə Rusiya Prezidenti əlavə edib.

Putin deyib ki, "Normand formatı" çərçivəsində görüş mümkündür. Hazırda başqa bir mexanizm yoxdur, buna görə də Rusiya bu variantın qorunub saxlanılmasının tərəfdarıdır.

Qeyd edək ki, daha əvvəl Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Putin-Zelenski görüşünün təşkili ilə bağlı təklif irəli sürmüşdü.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər